BANK

13 May

Elman Rüstəmov: Bizim atdığımız addımların ən başlıca məqsədi banklara etibarın bərpa olunmasıdır

"Bizim atdığımız addımların ən başlıca məqsədi banklara etibarın bərpa olunmasıdır."

Fins.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib

Bankların bağlanmsı ilə bağlı vətəndaşların banklara inamının azalmasına münasibət bildirən Elman Rüstəmov deyib ki, "Sistemdə uzun müddət qeyri-sağlam bankların qalması onlar tərəfindən öz öhtəliklərini yerinə yetirə bilməməsi məhz bütövlükdə sistemə etibarın aşağı düşməsinin ən başlıca səbəblərindən biridir. Belə bir termin var."Yoluxma effekti" bu etibarsızlıq hətta sağlam banka da keçə bilir. Sağlam bankın da etibarını şübhə altına ala bilir. Buna görə də məhz bizim atdığımız sərt  addımlar, sistemin təmizlənməsi  bütövlükdə ictimaiyyətdə tam əminlik yaratmaqdır ki,qalan banklara onlar etibar edə bilərlər"

O həmçinin "Bu istiqamətdə atacağımız ən başlıca addım artıq qeyd etdiyim kimi onların maliyyə hesabatlarının şəffaflığıdır.Onların tam şəffaf şəkildə dərc olunmasıdır. Xarici auditə olan tələbin artırılmasıdır."-deyə qeyd edib

Müəllif:Aynur Qəniyeva