Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) gələn il Azərbaycan iqtisadiyyatının 3% artacağını proqnozlaşdırır.
Bankın "Regional Economic Prospects" adlı hesabatının may buraxılışına görə, bu il isə ölkədə ÜDM istehsalı 5,4% azalacaq.
AYİB qeyd edir ki, xammal qiymətlərinin aşağı olması regionda olan Azərbaycan və digər karbohidrogen və metal ixracatçıları üçün əlavə bir yük yaradır.