Bu gün həlledici dərəcədə bankların hesabatlarına, çap olunan hesabatlarına inanmaq olar
Fins.az xəbər verir ki, bunu Mərkəzi bank sədri Elman Rüstəmov deyib
O bildirib ki,biz bank sektorunu tam şəkildə yoxlayıb başa çatdırmamışıq. İlk növbədə bunu demək istəyirəm. İlkin olaraq bankların kapitallarının qiymətləndirilməsi prosesi ayrı-ayrı bank qrupları üzrə həyata keçirilmişdir. Əgər bu olmasaydı 4 bankın siyahısı daha böyük ola bilərdi. Aydındır məntiqi olaraq?
Mərkəzi Bank sədri, biz bankların portfellərinin ilkin qiymətləndirilməsini həyata keçirmişik və hesab edirəm ki, bu gün həlledici dərəcədə bankların hesabatlarına, çap olunan hesabatlarına inanmaq olar. Təbii ki, son dəqiqləşmələr mümkündür, amma mən düşünmürəm ki, bu dəqiqləşmələr, o dərəcəyə çatsın ki, bank kapitalını itirib, yox. Ola bilər 1-2% kənarlaşma olsun. Bu həmişə mümkün ola bilər”.-deyə qeyd edib
Müəllif:Aynur Qəniyeva