BANK

13 May

Elman Rüstəmov bağlanan banklarda hesabı olan sahibkarların əməkhaqqı ala bilməyən işçiləri barədə

Mərkəzi Bankın sədri Elman Rüstəmov bağlanan banklarda hesabı olan sahibkarların işçilərinin əməkhaqqı ala bilməməsinə münasibət bildirib.

Fins.az xəbər verir ki, Elman Rüstəmov qeyd edib ki, bu bankların böyük həcmdə aktivləri var:

O bildilib ki, bunlar Əmanətlərin Sığortalanması Fonduna keçirilir. Bundan sonra biznesin pulları müəyyən həcmdə qaytarılacaq. Bu banklarla çalışan biznes sahiblərinin də bank rəhbərlərinə sualları olmalı idi. Nəyə görə bu situasiya bu qədər davam etdirilib? Bundan sonrakı işləri artıq ləğvedici görəcək

Müəllif:Aynur Qəniyeva