BANK

13 May

“Bank Avrasiya” dövlətin və AMB-in qiymətli kağızlarını dəyərindən ucuz əldə edib

“Bank Avrasiya” ASC ötən il ərzində ticarət və investisiya qiymətli kağızlar portfelini 16,08 mln. manatdan 20,74 mln. manata qədər artırıb.
Bu barədə bankın 2019-cu ilə dair audit açıqlamasına istinadən xəbər verir.

Lakin, əldə etdiyi qiymətli kağızları, 2018-ci ildə əlində olan qiymətli kağızlar porfeli nominal dəyərindən 0,44 mln. manat baha olduğu halda, 2019-cu ildə 0,87 mln. manat ucuz əldə edib. Bunun da əsas səbəbi kimi, Azərbaycan Mərkəzi Bankı və MN tərəfindən emissiya edilə dövlət ortamüddətli istiqrazları (DOİ)olub.

“Bank Avrasiya” ASC  2019-cu ildə Mərkəzi Bankın 5,07 mln. manatlıq notlarını  alıb, lakin bu notların nominal dəyəri 5,62 mln. manat təşkil edirmiş. Bildiyimiz kimi MB tərəfindən buraxılan bu notların hər birinin nominal dəyəri 100 manat olmaqla illik ödəniş faizi 6% təşkil edir.

Hesabat dövrünün sonuna DOİ-lər üzrə portfel 13,59 mln. manatdan 11,38 mln. manata düşüb (nominal dəyəri 11,76 mln. manat) . Bu istiqrazların ödəniş faizləri 5-8% aralığında dəyişir.

Bazarda ABŞ valyutası kimi investorlara risksiz görünən SOCAR dollarda istiqrazlarını isə vaxtında aşağı dəyərdə əldə etməklə, “Bank Avrasiya” öncəki ildəki kimi porfeli qoruyub. Belə ki, portfelin həcmi 2,48 mln. manat olub, bu istiqrazların nominal dəyəri isə əslində 2,46 mln. manat təşkil edir. SOCAR istiqrazlarının hər birinin dəyəri 1000 manat olmaqla 5% ödəniş təklif edilir.

Bundan əlavə kommersiya bankı Qara Dəniz Ticarət və İnkişaf Bankının ötən BFB-də emissiya etdiyi 7%-lik borc istiqrazlarını da Bank əldə edə bilib.  Bu istiqrazlar üzrə portfel 0,82 mln. manat ( nominal dəyəri 0,78 mln. manat) olmuşdur.

Bundan əlavə Bankın əlində Azərbaycanın 1,01 mln manatdan çox ipoteka istiqrazları vardır.

Xatırladaq ki, “Bank Avrasiya” 2019-cu ildə qiymətli kağızlardan 0,9 mln manatlıq faiz gəliri əldə edib, öncəki illə müqayisədə 26% artım deməkdir.

(C)banket