BANK

13 May

Bank Respublikada 20,4 milyon manatın bölüşdürülməsi müzakirə ediləcək

29 İyun 2020-ci il tarixində Bank Respublika ASC səhmdarlarının növbəti Ümimu Yığıncağı keçiriləcək.

Fins.az xəbər verir ki,bu barədə bank bildiriş yayımlayıb.

 Bildirilir ki, yığıncaqda 2019-cu ilin maliyyə nəticələri haqqında, 2019-cu il üçün kənar audit yoxlamasının nəticələri haqqında və 2019-cu ilin nəticələrinə görə mənfəətin bölüşdürülməsi haqqında məsələlər müzakirə ediləcəkdir.

Xatırladaq ki, Bank Respublika 2019-cu ili 20 milyon 423 min manat xalis mənfəət ilə başa vurub.

Bank Respublika ASC-nin səhmdarları Natiq Quliyev  (44,0%),  DEUTSCHE INVESTITIONS- UND ENTWICKLUNGSGESELLSCHAFT (16,6%), Elçin Quliyev  (15,1%), Sevda Saday qızı Quliyeva ( 7,4%),  Mariya Quliyeva (7,2%), Shakir Rahimov  (5,4%), SPARKASSEN INTERNATIONAL DEVELOPMENT TRUST GMBH  (4,2%) və digərləridir (0,1%).