BANK

13 May

Asiya İnkişaf Bankı Azərbaycana 900 mln dollar ayırmağı planlaşdırır

ya İnkişaf Bankı sentyabr ayında 2021-2023-cü illər üçün Azərbaycan üzrə biznes planın təsdiq olunacağına ümid edir. Bunu AİB-nin Bakı ofisinin baş iqtisadçısı Nail Vəliyev deyib.

“2019-cu ildə AİB Azərbaycan üzrə yeni 5 illik strategiyanı təsdiq edib. Yeni strategiyaya 3 strateji prioritet daxildir: özəl sektorun inkişafının gücləndirilməsi, dövlət sektorunun effektivliyinin artırılması, infrastrukturun təkmilləşdirilməsi və insan kapitalının möhkəmlənməsi. Hesab edirik ki,bu strategiya indiyədək aktualdır, çünki Azərbaycanın inkişaf vektorunu görürük”, - Vəliyev ARB 24 telekanalına müsahibəsində bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.

Vəliyev qeyd edib ki, AİB 2020 ilə Azərbaycan üçün $239 milyon məbləğində kredit vəsaiti ayırmağı nəzərdə tutub. “Hazırda gələcək 3 ilə nəzərdə tutulan biznes plan tərtib edirik. Ümid edirəm ki, həmin plan sentyabrda qəbul olunacaq və bura yeni layihələr daxil ediləcək”, - Vəliyev bildirib.

Həmçinin, o əlavə edib ki, Azərbaycan hökuməti COVİD-19 koronavirus pandemiyasına qarşı mübarizə çərçivsində AİB-dən kredit vəsaiti istəməyib.

2019-cu il iyunun 25-də Asiya İnkişaf Bankının Direktorlar Şurası 2019-2023-cü illər üçün Azərbaycan üzrə yeni strategiyanı təsdiq edib. Asiya İnkişaf Bankı (AİB) 2019-2023-cü illərdə yeni 5 illik strategiya çərçivəsində Azərbaycana $900 mln. ayırmağı planlaşdırır.

Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank respublikaya $5,1 mlrd. məbləğində kredit ayırıb

(c)interfax Azərbaycan