BANK

12 May

Türkiyədə dollar UCUZLAŞDI

Keçən həftə 7.2690 ilə tarixi yüksək səviyyəyə qalxan, dünən də 7.07 ətrafında dalğalanan dollar/TL (Türk Lirəsi) məzənnəsi bu gün də düşməkdə davam edir.

Fins.az xəbər verir ki, məzənnə bu gün 7 səviyyəsindən də aşağı düşüərək 6.98 səviyyələrinədək geriləyib.

Lirə  bu gün dollar qarşısında ən çox dəyər qazanan inkişaf edən ölkə pul vahidi olub.

Keçən həftə dollar 7.26 ilə 2018-ci ilin Avqust ayından bəri ən yüksək səviyyəyə yüksəlmişdi.

Türkiyədə bank bazarını tənzimləyən qurum üç banka xarici valyuta əməliyyatını qadağan edib. Qadağa məzənnədəki yuxarı istiqamətli hərəkəti məhdudlaşdırmışdı.

Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, "Xaricdəki maliyyə təşkilatlarını istifadə edərək iqtisadiyyatımızı çökdürəcəklərini, ayaqlarımıza qandallar vuracaqlarını, bizi küncə qısdıracaqlarını sananları, hüsrana uğratmağa davam edəcəyik", -deyib.