2019-cu ildə Azərbaycanda fəaliyyət göstərən 30 bank məcburi audit yoxlamasından keçib
Bu barədə məlumat Auditorlar Palatasının 2019-cu ilə dair hesabatında verilir
Məlumata bildirilir ki, Azərbaycanda 46 282 ədəd məcburi audit obyektindən yalnız 3 745-i və ya 8,09%-i yoxlamadan keçib.bələdiyyələrin 89,53%-i, səhmdar cəmiyyətlərin 47,8%-i, siyasi partiyaların 27,27%-i, MMC-lərin 3,88%-i məcburi auditdən keçib. Bu göstərici üzrə auditdən keçən subyektlərin sayında 2018-ci ilə nisbətən 19% artım qeydə alınıb.
Müəllif:Aynur Qəniyeva