BANK

12 May

Valyuta hərracı keçirildi - TƏLƏB AZALIB

12 may 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Fins.az xəbər verir ki, Mərkəzi Bank bu barədə məlumat yayımlayıb

Məlumatda bildirilir ki, hərracda tələb 47,9 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Xatırladaq ki, 07 may 2020-ci il tarixində keçirilmiş hərracda tələb 56,5 milyon ABŞ dolları təşkil etmişdi