BANK

12 May

Bağlanmış 4 bankda neçə əmanətçinin pulu qalıb ?

Azərbaycan Mərkəzi Bankının lisenziyalarını ləğv etdiyi “AGBank”, “Amrah Bank”, “Atabank” və “NBC Bank” ASC-lərdə əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat təşkil etməklə, ümumilikdə 215 min əmanətçini əhatə edir.

Fins.az xəbər verir ki,bu barədə Mərkəzi Bankın açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu banklarda ümumi əmanət portfelinin 99%-dən çoxu qorunan əmanətlərdir və onlar tam kompensasiya edilir.

Ləğvedici tərəfindən bankların öhdəliklərinin icrası ilk növbədə əmanətlərin qaytarılmasından başlayacaq. Aktivlərin reallaşdırılmasından və əmlakın satışından daxil olan vəsaitlər sözügedən bankların digər öhdəliklərinin (biznes subyektlərinin, eləcə də əmanətlərin sığortalanması sxemi ilə əhatə edilməmiş fiziki şəxslərin qarşısında olan öhdəliklərinin) qanunvericiliklə müəyyən edilmiş növbəliklə icrasına yönələcək.