BANK

12 May

Mərkəzi Bank 250 mln manat vəsait cəlb edib

Azərbaycan Mərkəzi Bankı tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

Mərkəzi Bankdan verilən məlumata görə, mayın 12-də Mərkəzi Bank tərəfindən 13 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 256,5 mln. manat, hərracın nəticəsində bağlanılan depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil edib.

Nəticədə, hərrac zamanıMərkəzi Bank 250 mln. manat vəsait cəlb edib.