BANK

12 May

ABA-nın İcraçı Direktorundan kredit təşkilatlarına borcu olanlara XƏBƏRDARLIQ

"Xüsusi ilə qeyd etmək istəyirəm ki, bu müddət ərzində kredit təşkilatları tərəfindən əsas borc üzrə faizlərin hesablanması davam etdiriləcək və borcalanlar tərəfindən kredit təşkilatlarına ödənilməsi təmin edilməlidir."

Bunu Azərbaycan Banklar Assosasiyasının İcraçı Direktoru Yunus Abdulov ahibkarlıq subyektlәrinin dәstәklәnmәsi istiqamətində əlavə tədbirlər nə kimi güzəştlərin tətbiqi ilə bağlı suala cavab verərəkən deyib

O bildirib ki, dəstəkləyici tədbirlər yalnız pandemiyadan təsirlənmiş sahibkarlara aiddir. İqtisadiyyatın pandemiyadan təsirlənmiş sahələrinin siyahısı İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilmişdir. Bu sahələrə aid hüquqi şəxs sahibkarlar, o cümlədən sahibkarlıqla məşğul olan fiziki şəxslərə banklar və digər kredit təşkilatları tərəfindən verilmiş, 01 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan, yəni bu müddətə qədər gecikməsi olmayan, Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən faizləri subsidiyalaşdırılan (subsidiya meyarlarına uyğun gəlməsi kifayətdir, o ana subsidiyalaşdırılmaya da bilər) kreditlər, həmin sahibkarların mütləq qaydada banklara müraciəti ilə 30 sentyabr 2020-ci ilәdәk restrukturizasiya oluna bilər. Restrukturizasiya dedikdə, yəni kreditin müddətinə, ödəniş qrafikinə bankla müştəri arasında əldə olunmuş qarşılıqlı razılığa əsasən yenidən baxıla bilər.

Assosasiya rəsmisi həmçinin qeyd edib edib ki,bu eyni zamanda belə sahibkarların dövlәt fondlarından, yəni Sahibkarlığın İnkişafı Fondu, Aqrar Kredit vә İnkişaf Agentliyi, İpoteka və Kredit Zəmanət Fondunun vәsaitlәri hesabına aldıqları kreditlәrə də aiddir. Bu kreditlər üzrə də 1 mart 2020-ci il tarixinə qədər gecikmə olmayıbsa, fondların razılığı әsasında (fondların müvafiq normativ sәnәdlәrinә düzәliş edilmәklә) restrukturizasiya həyata keçirilə bilər vә bu halda da borcalanın maliyyә vәziyyәtindәn asılı olmayaraq kreditin keyfiyyәti pislәşdirilmir.

Sahibkarların kredit öhtəliklərinin gecikdirilməsi hallarında nəzərdə tutulan güzəşlər barədə danışan Yunus Abdulov "Pandemiyadan təsirlənmiş bütün sahibkarlar kredit öhdәliklәrini, әsas borc vә ya faiz borcunu, yəni ikisində birini tam və ya qismən gecikdirdikdə, belə sahibkarlardan әlavә cәrimә faizi, dәbbә pulu vә digәr ödәnişlәrin 30 sentyabr 2020-ci il tarixinәdәk hesablanmaması vә tutulmaması Mərkəzi Bank tərəfindən banklara tövsiyә edilmişdir. Həmçinin, bu halda sahibkarın kredit tarixçəsi pisləşdirilmir, yəni 30 sentyabr 2020-ci il tarixinәdәk sahibkar barədə neqativ mәlumatlar kredit bürosu tərəfindən nəzərə alınmır"-deyə qeyd edib

(c)BBN