BANK

12 May

Beynəlxalq Valyuta Fondundan 2 mld 772 mln dollarlıq "koronavirus krediti"

BVF-dan Misirə 2 milyard 772 milyon dollarlıq "koronavirus krediti"

Beynəlxalq Valyuta Fondu (BVF,IMF), yeni növ koronavirusla (Kovid-19) mübarizə daxilində Misirə 2 milyard 772 milyon dollar kredit verməyi qərarlaşdırıb.

BVF-nun yaydığı açıqlamada, "2 milyard 772 milyon dollarlıq kredit ilə Misirin Kovid-19 epidemiyasından qaynaqlanan təcili ödənişlərinin təmin edilməsi və ehtiyaclarının qarşılanmasının məqsədləri güdüldüyü" bildirilib.

Kreditin faiz nisbəti və müddətinə yer verilməyən açıqlamada, pandemiyanın Misir bazarında meydana gətirdiyi qeyri-müəyyənliyin böyük çətinliklərlə təmin edilən sabitliyə mənfi təsir edə biləcəyi qeyd edilib.

Açıqlamada maliyyə dəstəyin valyuta bazarlarında dollara olan tələbin bir hissəsinin ödənilməsinə kömək edəcəyi qeyd edilib.

Misir Mərkəzi Bankı keçən həftə valyuta ehtiyatlarının apreldə 7,65% azalaraq 37 milyard 37 milyon dollara gerilədiyini açıqlamışdı.