BANK

09 May

"Premium Bank" nizamnamə kapitalını artırıb

"Premium Bank" ASC nizamnamə kapitalını 49 milyon 999 min 950 manat, yaxud 47,8% artırıb.

Kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 154 manat olan 324 675 ədəd yeni səhm buraxılıb. 

Səhmlər qapalı üsulla yerləşdirilib. Son nəticədə Bankın nizamnamə kapitalı 104 milyon 601 min 420 manatdan 154 milyon 601 min 370 manata çatıb. 

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Bankın səhmdarları Zərifə Həmzəyeva, "VIP Aviation Services" MMC və Elvira Əhmədovadır.

©️ Report