BANK

08 May

Dövriyyədə dollar kütləsi artırılır - REKORD SƏVİYYƏ

FED-in balansının böyüklüyü koronavirus təşviqləri ilə 6,72 trilyon dollara çatıb, bu rekord səviyyədir.

ABŞ Mərkəzi Bankı -FED-in balans həcmi, koronavirus pandemiyası mühitində maliyyə bazarlarının problemsiz işləməsini təmin etmək üçün külli miqdarda xəzinə istiqrazları və digər qiymətli kağız alışları ilə əlaqədar olaraq 6 trilyon 720 milyard dollara çataraq tarixinin ən yüksək səviyyəsini görüb.

Cümə axşamı günü bankın internet saytından açıqlanan məlumatlara görə, FED tərəfindən alınan cəmi aktivlər 6 May həftəsində 65,5 milyard dollar artıb.