BANK

08 May

Beynəlxalq Valyuta Fondu: Qlobal iqtisadi vəziyyət Apreldən bəri pisləşib

Beynəlxalq Valyuta Fondunun (BVF, IMF) baş iqtisadçısı üç həftə əvvəlki son təxmindən bu yana qlobal iqtisadi vəziyyətin daha da pisləşdiyini və maliyyə bazarlarında daha çox çalxanış yaşana biləcəyini söyləyib.

Fins.az xəbər verir ki, Fondun baş iqtisadçısı Gita Gopinath, inkişaf edən bazarların maliyyə ehtiyacının böyük bir ehtimalla əvvəlki təxmini 2.5 trilyon dollardan daha çox olacağını bildirib. 

Gopinath, "Bu böhranın yaxın bir zamanda itməyəcəyini bilirik. İşlər pisə gedə bilər. Virus böhranı həll edilmiş deyil" deyib. 

IMF 14 Apreldəki hesabatında qlobal ümumi daxili məhsulun bu il 3% azalacağını nəzərdə tutmuşdu. Bu əsas ssenaridəki fərziyyə, pandemiyanın ilin ikinci yarısında təsirini itirəcəyi və nəzarət altına alınması üçün tətbiq edilən tədbirlərin pilləli olaraq azaldılacağına əsaslanırdı. Gopinath bu ssenarinin artıq daha çox az mümkün olduğunu vurğulayıb.

IMF-nin Aprel hesabatında, pandemiyanın gözləniləndən uzun davam etdiyi, 2021-də geri döndüyü, ya da hər ikisinin də reallaşdığı üç alternativ ssenari də yer alıb. Təşkilata görə, pandemiyanın uzun müddət davam etdiyi ssenaridə qlobal iqtisadiyyat 8% azala bilər.

Bəzi ölkələrin borclarını ödəməkdə çətinlik çəkəcəyi gözlənilir.