BANK

20 Aprel

"Turan Bank" ASC hesabat verdi -MƏNFƏƏTİ ARTIB, ÖHDƏLİKLƏR AZALIB

"Turan Bank" ASC bu ilin I rübünü 645 min manat mənfəətlə başa vurub.

 Bankın maliyyə hesabatında bildirilir  ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 5,9 dəfə çoxdur.

Yanvar-mart aylarında "Turan Bank"ın gəlirləri 10,3 milyon manat (illik müqayisədə 18,5% çox), xərcləri 9,7 milyon manat (6,2% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 51 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə "Turan Bank"ın aktivləri 514 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,8% çoxdur. Bunun 339,7 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 8% böyüyüb.

Hesabat dövründə "Turan Bank"ın öhdəlikləri 0,5% azalaraq 438,6 milyon manata düşüb, o cümlədən depozit portfeli 8,5% artaraq 255,8 milyon manata çatıb, turan bank vakansiya balans kapitalı isə 27,4% artaraq 75,4 milyon manat, o cümlədən nizamnamə kapitalı 27,3% artaraq 70 milyon manat təşkil edib.

Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 66%-i 21 fiziki şəxsə, 34%-i isə 8 hüquqi şəxsə məxsusdur.
(c)report