BANK

20 Aprel

Azərbaycanda maliyyə sektorunda işləyənlərin sayı AÇIQLANIB

Bu il martın 1-i vəziyyətinə Azərbaycanda muzdla işləyənlərin 28,7 min nəfəri maliyyə və sığorta fəaliyyəti ilə məşğul olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu sahədə işçilərin sayı 3,5 min və ya 13,9% artıb. İşçilərin 5,3 min nəfəri dövlət, 23,4 min nəfəri özəl sektorda işləyib. Ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,4% və 14,7% artım qeydə alınıb.
Rəsmi statistikaya əsasən, yanvar-fevral aylarında maliyyə sahəsində orta aylıq nominal əməkhaqqı 1 591,8 manat, o cümlədən dövlət sektorunda 1 576,5, özəl sektorda 1 595,3 manat olub. Beləliklə, maliyyə sahəsində orta aylıq əməkhaqqında illik 7,6% artım qeydə alınıb.
Qeyd edək ki, fevralın 1-i ilə müqayisədə maliyyə sektorunda çalışan işçilərin sayı 400 nəfər artıb. Həmin şəxslərin yanvar ayında orta aylıq nominal əmək haqqı 1607,5 manat təşkil edib. 
(c)APA