BANK

20 Aprel

“Naxçıvan Bank” hesabat verdi - GƏLİRİ VƏ XƏRCLƏRİ

“Naxçıvan Bank” bu ilin yanvar-mart aylarını 2,178 milyon manat mənfəətlə başa vurub ki, bu, ötən ilin eyni dövrünə nisbətən bankın xalis mənfəəti 2 dəfəyə yaxın artıb.

Bu barədə bankın maliyyə hesabatında məlumat verilir.

Bildirilir ki,3 ay ərzində “Naxçıvan Bank”ın gəlirləri 3,975 milyon manat (illik müqayisədə 79% çox), xərcləri isə 1,367 milyon manat (29% çox) olub.

“Naxçıvan Bank”ın cəmi aktivləri 228,162 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 19% çoxdur. Bunun 103,638 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Son bir ildə bankın kredit portfeli 52% böyüyüb.

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb.