"Finex Kredit" Bank Olmayan Kredit təşkilatı 2020-ci ilin birinci rübünün maliyyə nəticələrini açıqlayıb.
Fins.az xəbər verir ki, 1 aprel 2020-ci il vəziyyətinə BOKT-nın aktivləri 9 milyon 668 min 800 manat, kredit portfeli 7 milyon 321 min 109 manat təşkil etmişdir.
Şirkət birinci rübü 106 min 800 manat mənfəətlə başa vurub.
Cari ilin birinci rübündə "Finex Kredit" BOKT ASC-nin 3 illik İnkişaf Strategiyasınln icrası ilə bağll əməliyyat planı üzrə də işlər aparılıb