BANK

20 Aprel

Mark Zuckerbergdən libra ilə bağlı gözlənilməz qərar

Facebook-dan asılı olmayaraq müstəqil şəkildə fəaliyyət göstərən və Libra layihəsini idarə edən eyniadlı assosiasiyası elan etdi ki, Libra layihəsinin konsepsiyası tamamilə dəyişir. Layihənin adı olduğu kimi qalacaq, lakin onun məğzi tamamilə dəyişəcək və mərkəzi bankların hakimiyyətlərini təhlükə altına atmayacağı üçün nizamlaycı orqanlar tərəfindən müqavimətə məruz qalmayacaq.
Assosiasiyanın verdiyi məlumata əsasən bundan sonra Libra layihəsi bir sıra stablecoinləri dəstəkləyəcək. Həmin stablecoinlər isə ölkələrdə mövcud olan valyutaların rəqəmsal versiyaları olacaqlar.
    Beləliklə Libra rəqəmsal multiportmanat olacaq. Layihənin bütün dünya üçün heç bir vahid kriptovalyutası olmayacaq. Bu barədə Bloomberg saytı xəbər verib. Bundan əlavə olaraq Libra təşkilatı ödənişlərin reallaşdırılması üçün lisenziyanın əldə edilməsi üzrə İsveçrənin nizamlayıcı orqanları ilə danışıqlara başlayıb. Təşkilat FinCen-də (ABŞ-ın maliyyə cinayətləri ilə mübarizə agentliyi) qeydiyyatdan keçməyə ümid edir. Bütün icazələr isə bu ilin sonuna kimi əldə olunmalıdırlar.

Keçən ilin yay fəslində Facebook şirkəti Libra layihəsini təqdim edən zaman o, bütün dünya üçün vahid olacaq valyutanın yaradılmasını özünə məqsəd qoymuşdu.
    Həmin valyuta isə dollar ilə avronun qoşulu olduğu sistemə əlavə ediləcəkdi. Lakin Facebook-un bu planı siyasətçilər və nizamlayıcı orqanlar tərəfindən ciddi tənqidlər ilə qarşılaşdı. Onlar narahat idilər ki, Libra layihəsi pulların yaradılması alətini nüfuzun təmin olunmasında və bazarların qorunmasında istifadə edən mərkəzi bankların hakimiyyətlərinin yarısını əldə edəcək.

    Bundan əlavə olaraq fikirlər səsləndirilirdi ki, vahid valyuta sayəsində cinayətkarlar öz pul vəsaitlərini yuya biləcəklər. Uzun çəkmiş müzakirələrdən sonra Libra assosiasiyası öz fikrindən imtina etdi. Buna baxmayaraq o, gələcəkdə Libra-nın valyuta versiyasını yaratmaq ümidini itirməyib. Facebook daha öncədən də qeyd etmişdi ki, hökumətlərin icazələri olmadan Libra-nı işə salmayacaq. Lakin hələ məlum deyil ki, layihədə edilmiş dəyişikliklər hökumətləri qane edəcək yoxsa yox.