Bu günə Azərbaycan Mərkəzi Bankının dövriyyədə olan notlarının dəyəri 609,9 milyon manat təşkil edib.
Mərkəzi Bankdan verilən məlumata görə bu, martın 6-ı ilə müqayisədə 239,9 milyon manat və yaxud 64,8% çoxdur.
AMB-nin dövriyyədə olan notları bundan əvvəl 20 milyon manatlıq artım nümayiş etdirmişdi.