Beynəlxalq kredit reytinqi təşkilatı Fitch Ratings, koronavirusun (Kovid-19) yayılmasının qlobal bankların sərmayə bazarı gəlirlərini "vura" biləcəyini açıqlayıb.
Fins.az xəbər verir ki, Fitch Ratings-in yaydığı məlumatda, koronavirusun yayılma sahəsinə, sürətinə və təsir müddətinə bağlı qeyri-müəyyənliklərin bazar aktivliyinə mənfi təsir etdiyi, oynaqlığı artırdığı, sərmayə bazarlarındakı gəlirlərə də mənfi təsir etdiyi qeyd edilib.
Məlumatda, koronavirusun yayılmağı davam etdirməsi və iqtisadiyyatların daha da zəifləmələri vəziyyətində bankların aktivlərinin keyfiyyətlərinin pisləşə və sərmayə səviyyələrinin azala biləcəyi, bu vəziyyətin də bankların kredit reytinqlərinə pis təsir edə biləcəyi qeyd edilib.
© Marja