"VTB Bank (Azerbaijan)" ASC-nin müştəriləri tərəfindən 2019-cu ildə 20 milyon manat məbləğində problemli kreditlər ödənilib.
Bu barədə bankın İdarə Heyətinin sədri Yevgeni Kirin məlumat verib.
“Ötən il 20 milyon manat məbləğində vaxtı keçmiş kredit ödənilib. Qeyd etmək lazımdır ki, bu məbləğin 13 milyon manatı korporativ sektor üzrə kreditlərin payına düşür”, - deyə o, bu gün keçirdiyi mətbuat konfransında bildirib.
© İnterfaks-Azərbaycan