Azərbaycanda bank əməntlərinin sığortalanması ilə bağlı yeni qaydalar yaxın vaxtlarda açıqlanacaq.
Fins.az xəbər verir ki, bu barədə Bank VTB (Azərbaycan)ın sədri Yevgeni Kirin bildirib. Qeyd edək ki, əmanətlərin tam məbləğdə sığortalanması müddəti bu gün martın 4-də başa çatır.
Onun sözlərinə görə, yaxın vaxtlarda maliyyə bazarır requlyatoru – Azərbaycan Mərkəzi Bankı (AMB) yeni qaydaları açıqlayacaq.
Bank rəhbəri bildirir ki, yeni qaydaların necə olacağı hələlik məlum deyil, dəqiq olan odur ki, əmanətlərin tam sığortalanması başa çatır və bu qayda müəyyən məbləğə aid olacaq. «Mənim fikrimcə bu doğru yanaşmadır, çünki əvvəllər də dediyimiz kimi, əmanətlərin tam sığortalanması onların yüksək faizlə banka yatırılması ilə nəticələnir və bu da kreditlərin faiz dərəcələrinin aşağı enməsinə imkan vermir. Çünki əmənatlər hələ də kreditlərin verilməsi üçün banklarda əsas resurs bazası rolunu oynayır».
© FED