BOKT “Embafinans” QSC hər birinin nominal dəyəri 1000 manat olan 1 500 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar buraxır (ümumi həcm 1 milyon 500 min manat).
Fins.az xəbər verir ki, istiqrazlar üzrə təklif olunan gəlirlik illik 9 faizdir. İstiqrazlar üzrə ödənilməli olan faizlər hər 1 təqvim ayından bir ödəniləcəkdir. İstiqraz sahiblərinə istiqrazlar üzrə əsas məbləğin ödənişi tədavül müddətinin sonunda – ilk istiqrazın yerləşdirildiyi tarixdən 1 təqvim ili sonra həyata keçiriləcək.
Emissiyadan əldə ediləcək vəsait şirkətin gələcək fəaliyyətinin dəstəklənməsində, o cümlədən şirkətin kredit portfelinin dinamik inkişafında istifadə ediləcəkdir
31.12.2019 tarixinə təşkilatın resurs mənbələri xüsusi kapital (17 182 166 AZN), bank öhdəlikləri (17 983 843 AZN) və istiqraz öhdəlikləridir ( 4 000 000 AZN).
İstqirazların emissiyası haqqında qərar 27 yanvar 2020-ci il tarixində təşkilatın Təsisçilərinin Ümumi Yığıncağının Növbədənkənar İclasında qəbul edilib.
Emissiyanın anderrayteri “Unicapital İnvestisiya Şirkəti” QSC-dir.
BOKT “Embafinans” QSC, riteyl və mikro bzines kredit bazarında lider mövqelərdən birini tutur. Təşkilat fəaliyyətə başladığı 2012-ci ildən bəri 250 mln. AZN-dən çox kredit vermişdir ki, verilmiş kreditin cəmi 0.5% hissəsi gecikmiş kredit statusu almışdır.