BANK

03 Mart

Xarici banklar Türkiyədən çıxırlar

Bloomberg-də yer alan xəbərə görə, Hollandiyanın beynəlxalq bankı ING Türkiyədəki törəmə bankını satmağa hazırlaşır.

Marja xəbər verir ki, adının açıqlanmasını istəməyən mənbələr bankın potensial alıcılar ilə danışıaqlar apardığını bildiriblər. 

ING-nin Türkiyədəki bankının satışı üçün son qərarını vermədiyi qeyd edilib. ING rəsmiləri mövzu haqqında şərh verməkdən imtina ediblər.

Unicredit payını azaldıb,HSBC-nin çıxacağı iddia edilib

Ötən günlərdə İtalya bankı Unicredit Yapı Kredi bankındakı payını azaltmışdır.

Keçən ay Reuters-də dərc olunan bir xəbərdə Böyük Britaniya bankı HSBC-nin Türkiyədən çıxmağı qiymətləndirdiyi iddia edilmişdi. HSBC dünya miqyasında 35 min nəfəri işdən çıxarmaq qərarı verib.