BANK

03 Mart

İİTKM və Beynəlxalq Bank birgə müsabiqə elan edir

  • Əziz startapçılar və innovativ məhsul sahibləri!

  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Beynəlxalq Bankı ilə birgə əməkdaşlıq çərçivəsində sizə unikal imkan təqdim edir!

İnnovativ və orijinal məhsulunuza əvvəlcədən sifariş almaq yaxud kütləvi istehsal etmək üçün investisiya lazımdır? Bəs professional marketinq və biznes dəstəyi necə?

EnterpriseAzerbaijan portalı xarici bazarlardan alıcı və investisiya cəlb etmək üçün məhsulunuzu KİCKSTARTER platformasına yerləşdirməyə hazırdır!

  Layihələr müsabiqə yolu ilə seçiləcək. Seçilmiş layihələr üçün marketinq və biznes dəstəyi göstəriləcək. Əlavə olaraq professional təqdimatın hazırlanmasını da biz həyata keçirəcəyik.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Beynəlxalq Bankının birgə təşəbbüsü ilə həyata keçirilən bu müsabiqəyə sən də qoşul, investisiya əldə etmək şansı qazan!

Yarışmanın ilk seçim mərhələsində iştirak etmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçərək layihənizi təqdim edin:

www.enterpriseazerbaijan.com/crowdfunding

Qeydiyyat üçün son tarix :  15 / 03 / 2020  23:59

*Qeydiyyat zamanı linkdəki qaydalarla öncədən tanış olun. İlkin mərhələdən keçən layihələrin adları 19 Mart 2020-ci il tarixində açıqlanacaq. Suallarınız yarandığı təqdirdə müraciət edin:

Oruc Dursunzadə

Tel : +994 (12) 521 33 20

Email : [email protected]