BANK

03 Mart

Bank rəsmisi:Mərkəzi Bank yaxın 2 gün ərzində bu barədə nəzarətedici orqan olaraq öz mövqeyini bildirməlidir

"Mərkəzi Bank yaxın iki gün ərzində bu barədə nəzarət edici orqan olaraq öz mövqeyini bildirməlidir"

Bunu "AG Bank"-ın Xəzinədarlıq departamentinin direktoru İsi Mustafayev  4 mart 2020-ci il tarixində "Əmanətlərin Tam Sığortalanması" haqqında qanunun müddətinin bitməsinə münasibət bildirərkən deyib deyib

O bildirib ki, "Bank sistemi olaraq biz gözləyirik ki  məsələ uzadılması nəzərdə tutulur və ya uzadıla bilər. Hətta bu ilk növbədə banklarla yanaşı əhalinin də bank sisteminə olan inamının əsasını təşkil edir. Mən ümud edirəm ki, yaxın müddət ərzində bu barədə veriləcək. Düzdür ola bilər müəyyən qanunvericilik problemlərimiz olsun. Nə baxımdan? Çünkü bu qanundur və qanuna edilən dəyişikliklər Milli Məclis tərəfindən təstiq olunmalıdır.

Bank rəsmisi həmçinin "Mərkəzi Bank ən azından əhaliyə hər hansı bir press-relizlə çıxış edib deyə bilər ki, ümumiyyətlə hökumətin bu istiqamətdə fikri nədir. Mərkəzi Bank yaxın iki gün ərzində bu barədə nəzarət edici orqan olaraq öz mövqeyini bildirməlidir"-deyə qeyd edib 

Müəllif: Aynur Qəniyeva