BANK

03 Mart

İsi Mustafayev: Rayonlarda müştərilərin həmin ərazidə əmlaklarının girov qoyulmasında problemlər yoxdur

"Rayonda müştərilərin həmin ərazidə əmlaklarının girov qoyulmasında problemlər yoxdur"

Bunu "AG Bank"-ın Xəzinədarlıq departamentinin direktoru İsi Mustafayev deyib

O bildirib ki, "Rayonlarda kifayət qədər əmlaklar var. Bu əmlaklar üzrə əgər hər hansı problemlər yaşananda o əmlaklara tutma yönəldilməsində müəyyən məhkəmə işləri olur. Lakin qeyd edim ki, biz daha çox korporativ bir bank olaraq fəaliyyət göstərdiyimizə görə bizim kredit portfelimizim böyük hissəsi Bakı şəhəri ərazisində olan biznesmenlərə əhatə edir.

İsi Mustafayev "Bizim rayonlarda bir neçə filiallarımız var lakin prinsip etibarı ilə rayonda xidmət göstərən və müştərilərin həmin ərazidə əmlaklarının girov qoyulmasında problemlər yoxdur. Bizim girov portfelimizə baxdıqda kifayət qədər girov qoyulmuş əmlaklar var. Əsas bizim üçün yanaşma əmlakın harada olması deyil. Əmlakın dəyəri, əmlakın mövcud kredit öhdəliyini örtməsi üçün tam kifayət etməsidir."-deyə qeyd edib 

Müəllif:Aynur Qəniyeva