BANK

03 Mart

Daha bir qlobal bank Fed-in faiz endiriminə gedəcəyi proqnozunu verdi

JPMorgan Chase Co., ABŞ Mərkəzi Bankının (Fed) Mart ayındakı yığıncağında ya da əvvəlində faizi 0,50 bənd aşağı sala biləcəyini nəzərdə tutur. 

Fins.az xəbər verir ki, JPMorgan Chase Co., koronavirusun ABŞ daxilində və dünyada yeni ölkələrə yayılması ilə, Fed-in Mart və Aprel aylarındakı yığıncaqlarında faiz endiriminə gedə biləcəyi və dünyanın ən böyük iqtisadiyyatı ABŞ-da iqtisadi artımın bu ilin ilk yarısında sıfır səviyyəsinə yaxınlaşa biləcəyi proqnozunu verib.

JPMorgan-ın Baş ABŞ iqtisadçısı Michael Feroli, Bazar ertəsi günkü hesabatında, Fed-in 17-18 Martdakı yığıncaqda ya da daha əvvəl faizi ehtimalla 0,50 bənd aşağı sala biləcəyini və Aprel ayındakı yığıncaqda da 0,25 bənd faiz endiriminə gedə biləcəyi təxminini verib.

Feroli, faizin bu il sıfır səviyyəsinə yaxınlaşma ehtimalının keçən həftəki səviyyəsi olan 33%-dən  50% ətrafına yüksəldiyini sözlərinə əlavə edib.

Fed-in faiz endiriminə gedəcəyinə dair proqnozlar hər ötən gün güclənir. Goldman Sachs Group Inc. dünən etdiyi qiymətləndirmədə Fed-in bu ay faizi 0,50 band aşağı salacağı proqnozunu verib. 

Fed sədri Jerome Powell Cümə günü şərhində, Fed-in iqtisadi artımı dəstəkləmək üçün "uyğun adım atacağını" söyləyib. 

Qeyd edək ki, hazırda Fed-in faizləri 1.50% - 1.75% aralığındadır. 

© Marja