BANK

02 Mart

Martın 4-dən sonra Azərbaycan banklarında olan əmanətlərin taleyi necə olacaq?

4 mart 2020-ci il tarixində "Əmanətlərin Tam Sığortalanması" müddəti başa çatır

Fins.az-ın məlumataına görə “Əmanətlərin tam sığortalanması haqqında” qanun 2016-cı il martın 4-dən qüvvəyə minmişdi. 2016-cı il martın 4-dək Əmanətlərin Sığorta Fonduna üzv banklarda qəbul edilən 30 min manatadək əmanətlər sığortalanırdı və tam kompensasiya olunurdu. 

Narahatlıq 4 Mart 2020 il tarixindən sonra bankların qəbul edəcəyi və ya müddəti uzadılacaq əmanətlər ilə bağlıdır. Əgər “Əmanətlərin tam sığortalanması haqqında” qanunun müddəti uzadılmasa, yenidən banklarda qəbul edilən 30 min manatadək əmanətlər sığortalanacaq.. Belə halda 30 min manatdan vəsaitini banka yerləşdirmək istəyən   vətəndaşlar pulunu bir neçə banka əmanət etməyə üstünlük verəcəklər. 

Qeyd edək ki, 4 Mart 2016-cı ildən “Əmanətlərin tam sığortalanması haqqında” qanun qüvvəyə mindikdən sonra  banklarda qəbul edilən tam sığortalanmasına başlanıldı. Həmçinin əmanətlərin illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla sığortalanırdı. Bu şərtlər çərçivəsində, 4 Mart 2016-cı il - 4 Mart 2019-cu il tarixlərində yerləşdirilmiş əmanətlər müddəti bitənədək tam sığortalı idi. 2019-cu il fevralında 19-da Əmanətlərin tam sığortalanması müddəti  daha 1 il müddətinə uzadıldı. Hazırda qanunverici orqan Milli Məclisə seçkilərdən sonra parlamentin yeni tərkibi təstiq olunmadığından və bu barədə qanunun müzakirə olunub-olunmayacağı barədə məlumat verilmədiyi üçün Əmanətlərin tam sığortalanması ilə bağlı məslə sual altında qlıb. 

Qeyd edək ki,müddəti başa çatan "Əmanətlərin tam sığortalanması" haqqında qanunda məbləğinin  asılı olmayaraq əmanət  tam sığortalanır və bank müflis olduğu halda kompensasiya olunması nəzərdə tutulmuşdu 

Müəllif: Aynur Qəniyeva