BANK

02 Mart

Azərbaycanda 27 bank internetlə, 23 bank isə mobil telefonla xidmət göstərir

“Son 5 ildə Azərbaycanda bank sektoru və ona yaxın mövzularda 7 tədbir keçirilib. Bu tədbirlərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək verib”.

Fins.az Report-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən II Beynəlxalq Kibertəhlükəsizlik Həftəsinin açılışında “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, bankların yüksək texnologiyalardan istifadə etməsi onların müştərilərə gösdərdiyi xidmətləri ucuzlaşdırır.

“Hazırda ölkəmizdəkin kommersiya banklarından 27-də “Internet banking”, 23-də isə “Mobil banking” var. Bu da bank xidmətlərinin qiymətlərinin aşağı düşməsi üçün vacibdir”, - ABA sədri qeyd edib.