Azərbaycanda dövriyyədə olan nağd pul kütləsinin həcmi 2020-ci il fevralın 1-nə 10 040,9 mln. manat təşkil edib.
Fins.az xəbər verir ki, dövriyyədə olan nağd pul kütləsinin həcmi yanvarda əvvəlki ayla müqayisədə 364,6 mln. manat və ya 3,5% azalıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə nağd pul kütləsinin həcmində 2 129,5 mln. manat və ya 26,9% artım müşahidə olunub.
Qeyd edək ki, dövriyyədə olan nağd pulun Azərbaycanda maksimal həddi 2014-cü ilin iyul ayında 11 144,4 mln. manat həcmində olub.
AMB-nin məlumatına görə, avqustun 1-nə dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 79,7%-ə yüksəlib.
© APA