“City Finance” MMC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını daha 1,25 milyon manat və yaxud 33,3% artırıb.
“Renkinq” xəbər verir ki, BOKT-un kapitalı 3,75 milyon manatdan 5 milyon manata çatdırılıb.
Bu, son 3 ayda “City Finance”də nizamnamə kapitalının 2-ci artımıdır. Ötən ilin dekabr ayında BOKT-un kapitalı 2,75 milyon manat və yaxud 3,75 dəfə artırılaraq 1 milyon manatdan 3,75 milyon manata çatdırılmışdı.
(c)report