Hər zaman ən sərfəli kampaniyalara gündəmdə olan “AFB Bank” ASC bu dəfə Beynəlxalq Qadınlar günü münasibətilə xanımlara özəl “8 Mart” kampaniyasına start verir.
Yalnız xanım müştərilərə şamil ediləcək “8 Mart” kampaniyası zamanı nağd pul krediti xüsusi endirimli şərtlərlə təqdim olunacaq.
2-9 Mart tarixlərini əhatə edəcək kampaniya çəçivəsində kredit əldə edən xanım müştərilərin 1-ci ödəniş ayı üzrə illik faiz dərəcəsi 0% nəzərdə tutulur.
Qeyd ki, kampaniya zamanı nağd pul krediti 48 ay müddətinə verilir və kreditin maksimal məbləği 20 000 AZN təşkil edir.
Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.