BANK

01 Mart

Maliyyə Nazirliyi və Asiya İnkişaf Bankı təlim keçirdi

Fevralın 25-28-də Maliyyə Nazirliyi və Asiya İnkişaf Bankının birgə təşkilatçılığı ilə Azərbaycanda ortamüddətli xərclər çərçivəsinin hazırlanması məqsədilə büdcə xərclərinin funksional təsnifatının “Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” pilot bölmələri üzrə büdcənin tərtibində iştirak edən təşkilatlar üçün təfsilatlı təlimatların tətbiqi mövzusunda təlimlər keçirilib. 

Fins.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayımlayıb

Məlumatda bildirilir ki, təlimlər Maliyyə Nazirliyi yanında Maliyyə-Elm Tədris Mərkəzində təşkil edilib.

Təlimlər zamanı Nazirliyin Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzinin əməkdaşları təlim iştirakçılarına qurumun müvafiq qərarı ilə təsdiq edilmiş və büdcə təşkilatlarına göndərilmiş təfsilatlı təlimatlar əsasında büdcə təşkilatlarının ortamüddətli dövr üçün baza proqnozları, yeni siyasət təşəbbüsləri üzrə sifarişlərinin və proqram (tədbir) üzrə fəaliyyət planlarının hazırlanmasına dair ətraflı məlumatlar verib, təlimatlara əsasən təsdiq olunmuş formaların doldurulması, eləcə də ortamüddətli proqnozların tərtibi sahəsində praktiki məşğələlər keçirib.

Sifarişlərin və fəaliyyət planlarının tərtibi zamanı yarana biləcək sualların operativ şəkildə cavablandırılması və metodoloji dəstək müasir internet tətbiqləri vasitəsilə daimi olaraq göstəriləcək.