BANK

28 Fevral

Banklarda xarici valyutada olan əmanətlərin miqdarı azalıb-MƏBLƏĞ

 Azərbaycanda fiziki şəxslərin banklarda yerləşdirilən əmanətlərinin 4 388,6 mln. manatı və ya 51,1%-i xarici valyutadadır.

 Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb 

Məlumatda bildirilir ki, əmanətlərdə dollarlaşma aylıq müqayisədə 1,1% bəndi azalıb. 2020-ci il yanvarın 1-nə əsasən əmanətlərin 52,2%-i və ya 4 505,2 mln. manatı xarici valyutada olub.

Müəllif:Aynur Qəniyeva