2019-cu ildə manat türk lirəsinə qarşı 11%, avroya qarşı 2,2%, gürcü larisinə qarşı 6,8% bahalaşıb
Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb
Məlumatda bidirilir ki, milli valyuta Ukrayna qrivnasına qarşı 15,7%, Rusiya rubluna qarşı 11,8%, yapon yeninə qarşı 1,4% ucuzlaşıb.
Eyni zamanda "İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib. İl ərzində manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 0,4% bahalaşmış, real effektiv məzənnəsi (REM) isə 2,1% ucuzlaşıb. REM-in ucuzlaşması Azərbaycanda inflyasiyanın ticarət tərəfdaşı olan ölkələr üzrə orta inflyasiyadan əhəmiyyətli az olması ilə izah edilir"-deyə qeyd edilir.
Müəllif: Aynur Qəniyeva