BANK

28 Fevral

Mərkəzi Bank kommersiya banklarının xarici valyutaları günlük alış məzənnəsi barədə

2019-cu  il ərzində kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1,6978, satış məzənnəsi isə 1,7022 manat təşkil edib

Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb

Məlumata görə, Rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış və satış məzənnələri arasında fərq 0,1% (0,0022 manat) olub.

Həmçinin qeyd olunub ki, AMB-nin məlumatında bildirilib ki, 2019-cu ildə manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Bloomberg” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib.

 Müəllif:Aynur Qəniyeva