BANK

28 Fevral

Mərkəzi Bank depozit hərracında 100 mln manat cəlb etməyi planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) martın 2-də depozit hərracı keçirəcək. Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

"Mərkəzi Bank martın 2-də keçirəcəyi depozit hərracında 14 gün müddətinə 100 milyon manat cəlb etməyi nəzərdə tutur”, - deyə məlumatda bildirilir.

Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 5,51%-7,24% təşkil edir.

AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb