Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 1,385 milyard ABŞ dolları, yaxud 1,3% azalaraq 102,671 milyard ABŞ dolları təşkil edib.
Türkiyə mətbuatı bu barədə xəbər verir
Məlumata görə, valyuta ehtiyatlarının 29,652 milyard dollarlıq hissəsi qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 1,067 milyon ABŞ dolları, yaxud 3,7% çoxdur.
Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 2,452 milyard ABŞ dolları, yaxud 3,2% azalaraq 73,019 milyard ABŞ dolları təşkil edib.