Kapital Bank 3 milyondan çox kart sahibinə xidmət göstərir.
Fins.az xəbər verir ki, bank debet və kredit kartları üzrə kartdan karta köçürmə, kod vasitəsilə pul göndərişi, 3D-Secure və s. xidmətlər təklif edir.
“Cash to Card" əməliyyatı vasitəsilə Kapital Bankın bütün Cash In bankomatlarında kartın iştirakı olmadan Kapital Banka məxsus ödəniş kartına mədaxil etmək mümkündür. Bunun üçün mədaxil etmək istədiyiniz kartın üzərindəki 16 rəqəmli kodu bankomatda müvafiq bölməyə daxil etmək kifayətdir.
Vəsaitin köçürülməsinə görə komisyon haqqı maaş kartları üçün 1%-dir (min 1 AZN), debet kartları üçün isə komissiya haqqı 0% təşkil edir.
Card to Card əməliyyatı vəsaitin köçürülməsi xidməti proqramı müştərilərə bir ödəniş kartın kart hesabından digərinə bankomat və Mobil Bank vasitəsi ilə pul köçürmələri imkanı yaradır;
Xidmətdən Kapital Bankın Visa Electron, Visa Classic, Visa Gold, Visa Business/Business Gold, Visa Platinum, MasterCard Maestro, MasterCard Standard, MasterCard Gold, MasterCard Platinum, kart sahibləri istifadə edə bilər. Bu xidməti vasitəsi ilə göndərilən vəsait digər hesaba dərhal mədaxil olunur.
Vəsaitin göndərilməsi üçün limitlər
Vəsaitin alınması üçün limitlər
Əməliyyatın valyutası göndərən və ya alan hesabın valyutasından fərqli olduqda əlavə olaraq konvertasiya üçün komisyon haqqı uyğun olaraq göndərən və ya alan tərəfdən tutulur.
Xidmət tarifləri:
“Cash in” xidməti - ATM vasitəsilə kart hesabınızın balansını istənilən valyutada artırmaq imkanı yaradır. Bu xidmət yalnız “Cash In” Bankomatlarında keçərlidir. Bu xidmət üzrə komisyon haqları: Vəsaitin köçürülməsinə görə komisyon haqqı maaş kartları üçün 1%-dir (min 1 AZN), debet kartları üçün isə komissiya haqqı 0% təşkil edir.
“Cash-by-Code” xidməti - ATM vasitəsilə kart hesabından pul göndərmək və həmin vəsaiti kart olmadan ATM vasitəsilə almaq üçün nəzərdə tutulmuş xidmətdir. Bu xidmətdən Kapital Bankın bütün növ plastik kart istifadəçiləri (pensiya və sosial yardım kartları istisna olmaqla) yararlana bilər. “Cash-by-Code” xidmətində alan tərəf kimi istənilən fiziki şəxs çıxış edə bilər.Sistem iki hissədən ibarət kod formalaşdıracaq. Birinci hissə (Kod1) köçürməni alan şəxsin mobil telefonuna SMS-məlumat kimi göndəriləcək, ikinci hissə isə (Kod2) qəbz formasında çap ediləcək və köçürməni edən şəxsdə qalacaq. Pulu göndərən müştəri kodun ikinci hissəsini alana təqdim edir. Nağd pulu almaq üçün köçürməni alan kodun hər iki hissəsini daxil etməlidir. Kod 24 saat ərzində aktiv olur.“Cash-by-Code” xidməti çərçivəsində köçürməni almaq üçün fiziki şəxs Kapital Bankın istənilən ATM-nə yaxınlaşaraq sağ yuxarı küncdə düyməni sıxır və açılan menyuda “Cash-by-Code” opsiyasını seçir. Açılan pəncərədə kodun hər iki hissəsini daxil edir. Əməliyyatın təsdiqlənməsi üçün müştəri həmçinin menyunun müvafiq pəncərəsində gözlənilən pul köçürməsinin məbləğini də daxil etməlidir. Əgər göstərilən bütün elementlər (kod və köçürmə məbləği) düzgün olarsa, bankomat müvafiq pul məbləğini verir. Xidmət üzrə komisyon haqları Vəsaitin köçürülməsinə görə komisyon haqqı 1%-dir (min 1 AZN) ( göndərilən tərəfin hesabından tutulur)
Müəllif: Aynur Qəniyeva