“Visa” qlobal ödəniş texnologiyaları şirkəti Azərbaycan bankları ilə birgə ölkədə tokenizasiya texnologiyasının tətbiqi üzərində fəal işi davam etdirir.
Bunu şirkətin Azərbaycan və Qafqaz regionu ölkələri üzrə direktoru Kristina Doroş deyib.
“Ötən il “Visa”nın planlaşdırdığı layihələrin artıq fəal reallaşdırılmasını qeyd etmək mənim üçün çox xoşdur. 2019-cu ilin sentyabr ayında Azərbaycan Beynəlxalq Bankı ilə tokenizasiya texnologiyasını istifadəyə verdik, bu ilin yanvar ayında isə Kapital Bank tokenizasiya xidmətini istifadəyə verib. İndi kart sahibləri və Kapital Bank onları mobil telefonda əlavəyə qoşmaqla satınalmanı telefon vasitəsilə həyata keçirə bilərlər. Digər banklar sıradadırlar. Bu gün tokenizasiya nağdsız ödənişlər industriyasının təyinedici trendidir. Banklar bunu anlayırlar və bu istiqamətdə fəal işləyirlər”, - Doroş bildirib.
Tokenizasiya istifadəçinin kart məlumatlarının şifrələnməsi texnologiyasıdır. “Ödəniş zamanı bank kartının məlumatı rəqəmsal eyniləşmə - token ilə əvəzlənir. Hər bir token unikaldır, konkret cihaz üçün generasiya olunur və ondan ayrıca istifadə oluna bilməz, bu da həmin məlumatların cinayətkarlar tərəfindən ələ keçirilməsini səmərəsiz edir. Tokenizasiya mobil ödənişlərin inkişafı və daha artıq təhlükəsizliyin təminatı üçün əsas trenddir”, - o izah edib.
O cümlədən, Doroş qeyd edib ki, şirkət Azərbaycanda Visa Tap to Phone texnologiyasının tətbiqi üzərində işi davam etdirir. Bunun sayəsində Android əməliyyat sistemi əsasında smartfon kontaktsız ödənişlərin qəbulu üçün pos-terminal kimi istifadə oluna bilər.
“Hazırda bu texnologiyanın sınaqları üzərində bir sıra banklarla fəal əməkdaşlıq edirik. Bazarın Visa Tap to Phone texnlogiyasına yüksək marağını qeyd etmək istərdim. Bu təəccüblü deyil, qeyd edilən texnologiya Azərbaycanda kartların qəbulu şəbəkəsini keyfiyyətcə dəyişə bilər. Pilot layihələrin istifadəyə verildiyi Ukrayna, Gürcüstan, Qazaxıstan, Belarusda bu artıq baş verir”, - Doroş bildirib
©İnterfaks-Azərbaycan