BANK

24 Fevral

Anar Həsənov:\"Bəzi kreditlərin ödənilməsində isə müştərilər hələ də müəyyən çətinliklərlə üzləşirlər\"

"Bəzi kreditlərin ödənilməsində isə müştərilər hələ də müəyyən çətinliklərlə üzləşirlər"

Fins.az xəbər verir ki, bunu “AccessBank”ın  İdarə Heyətinin sədri Anar Həsənov müsahibəsində deyib

O bildirib ki,manat əmanətlərinin artması sayəsində son 2 il ərzində kreditlərimizin 95%-i manatla verilib, bu isə valyuta riskini tamamilə istisna etməyə imkan yaradır. Potensial dollar kreditləri yalnız müvafiq dollar gəlirlərinə malik şirkətlərə verilə bilər.

Anar Həsənov həmçinin qeyd edib ki, "Əgər “AccessBank”ın mövcud portfelindən danışsaq, ötən dövrlərdə kifayət qədər çoxlu sayda dollar krediti verilib və devalvasiya nəticəsində onların bir hissəsi restrukturizasiya olunub.

Bankın idarə heyətinin sədri "Bəzi kreditlərin ödənilməsində isə müştərilər hələ də müəyyən çətinliklərlə üzləşirlər. Manat və xarici valyuta kreditlərinin pay nisbəti 70% - 30% təşkil edir. Dollar portfeli hələ də ödənilməkdədir"-deyə qeyd edib.