BANK

24 Fevral

Fintexlər rekord həddə 34,5 mlrd. dollar cəlb edib

CB Insights analitik şirkəti fintex-startaplara (fintex-maliyyə texnologiyaları) qoyulan vençur investisiyaların qlobal bazarının araşdırılmasının nəticələrini dərc edib.

Analitika göstərir ki, 2019-cu ildə maliyyə texnologiyalarına qoyulan investisiyaların ümumi həcmi 34,5 mlrd. dollar olub. Bu, 2018-ci illə müqayisədə 25% azdır. Belə ki, o zaman 40,8 mlrd. dollar idi. Amma ondan 14 mlrd. dolları Ant Financial-a (Alibaba Group-a daxil) gəlib. 2019-cu ildə 1913 müqavilə imzalanıb, 2018-də isə – 2049

2019-cu ildə ümumilikdə 24 fintex-“unicorn” yaranıb. Onlar arasında Ripple, Chime, Limonade, Hippo və başqaları var. Hal-hazırda isə dünya bazarında 67 maliyyə texnologiyaları startapı var və onların ümumi dəyəri 244,6 mlrd. dollardır. 2020-ci ilin birinci rübündə isə Flywire, Pine Labs və HighRadius “unicorn”ları yaranıb.

2019-cu ilin nəticələrinə görə ən aktiv 5 vençur şirkət bunlardır – 500 Startaps, Accel, Ribbit Capital, Insight və a16z.