Fiziki şəxsin bank hesabından onlayn mal alışı zamanı qeyri-rezidentə aparılan ödənişlərdən bank tərəfindən 18 faiz dərəcə ilə verginin tutulması ilə bağlı bəzi suallar yaranır.
Vergilər Nazirliyinin izahında bildirir ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına görə, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında işlərin və xidmətlərin alınmasına görə aparılan ödənişlərdən ödəməni həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV hesablanmalı və ödənilməlidir.
Elektron ticarət qaydasında alınan mallara görə qeyri-rezidentə ödənilən məbləğdən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulmur.
Hesabdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur