İsveç Mərkəzi Bankı və “Accenture” konsaltinq şirkəti elektron kron yaratmaq üzrə pilot layihənin icrasına başlayıb.
Bu barədə İsveç Mərkəzi Bankının saytında məlumat verilib.
Bildirilib ki, layihənin məqsədi istifadəçi üçün nağd pul əlavə edə biləcək rahat kriptovalyuta yaratmaqdır. Elektron kronun simulyasiya rejimində sınaqdan keçiriləcəyi qeyd olunur.
Rəqəmsal valyutanın istifadəçinin elektron pul qabına ödənilməsi planlaşdırılır. Kriptovalyutadan alış-veriş zamanı ödəməni həyata keçirmək və ya hesabın artırılması üçün istifadə etmək mümkün olacaq, həmçinin istifadəçilər mobil tətbiqetmə vasitəsilə vəsaiti nağdlaşdıra biləcəklər.
Eyni zamanda İsveç Mərkəzi Bankı hazırda kriptovalyuta buraxılması barədə qərar verilmədiyini, pilot layihənin bank üçün elektron kron haqqında məlumat mənbəyinə çevriləcəyini bildirib
(C)Report