Bu ilin yanvar ayında Avropa İttifaqında (Aİ) illik inflyasiya ötən ilin dekabr ayna nisbətən 0,1 faiz bəndi artaraq 1,7%-ə çatıb.
Fins.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Eurostat) məlumat yayıb.
Ötən ay avrozonada illik qiymət artımı isə 0,1 faiz bəndi artaraq 1,4% təşkil edib.
Aİ ölkələri arasında inflyasiyanın ən yüksək həddi Macarıstan (4,7%), Rumıniya (3,9%), Polşa və Çexiyada (3,8%), ən aşağı həddi isə İtaliya (0,4) və Cənubi Kiprdə (0,7%) qeydə alınıb.
Xatırladaq ki, Avropa Mərkəzi Bankının illik inflyasiya hədəfi maksimum 2%-dir.